Suriya Almaniyanın hava əlaqəsinin bərpası barədə qərarını gözləyir

2026/05/1777989366.jpg
Oxunub: 196     17:56     19 İyun 2026    
Suriya uzunillik fasilədən sonra iyulda birbaşa hava əlaqəsinin bərpası ilə bağlı Almaniyanın qərarını gözləyir.

Ordu.az xəbər verir ki, bu barədə Suriyanın Mülki Aviasiya və Hava Nəqliyyatı Baş İdarəsinin rəhbəri Ömər Xosari "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Suriya aviasiya qurumu ilə Almaniyanın səlahiyyətli orqanları arasında aparılan rəsmi yazışmalar və əldə olunan texniki razılaşmalar nəticəsində Dəməşq iki ölkə arasında hava əlaqəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması prosedurlarının gedişatı barədə müsbət siqnallar alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Almaniya  


Bizi "telegram"da izləyin