Vüqar Süleymanov ABŞ konqresmeni ilə humanitar minatəmizləmə əməkdaşlığını müzakirə edib - FOTOLAR

2026/06/1781877782.jpg
Oxunub: 237     17:51     19 İyun 2026    
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ABŞ Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Abraham Camal Hamadenin başda olmaqla nümayəndə heyəti ilə humanitar minatəmizləmə əməkdaşlığını müzakirə edib.

Bu barədə Ordu.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, görüş zamanı nümayəndə heyətinə Agentliyin fəaliyyət istiqamətləri, Azərbaycanın üzləşdiyi mina problemi, eləcə də ölkədə həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə ətraflı məlumat verilib.

Görüşdə həmçinin humanitar minatəmizləmə sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   ANAMA  


Bizi "telegram"da izləyin