Ordu.az xəbər verir ki, 2026-cı il iyunun 19-da “Güclü Ermənistan” partiyalar blokunun nümayəndəsi Konstitusiya Məhkəməsinə ərizə təqdim edərək Mərkəzi Seçki Komissiyasının 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələri ilə bağlı qəbul etdiyi qərardan şikayət edib.
Ermənistan Konstitusiya Məhkəməsinin yaydığı məlumata görə, müraciət daxil olduqdan sonra iki gün ərzində keçiriləcək işçi iclasda ərizənin icraata qəbul olunmasının mümkünlüyü məsələsinə baxılacaq.
Ərizə icraata qəbul edilərsə, iş üzrə məruzəçi hakim təyin olunacaq və məhkəmə baxışına hazırlıq prosesi başlayacaq. Parlament seçkilərinin nəticələri ilə bağlı mübahisələrə Konstitusiya Məhkəməsində şifahi prosedur qaydasında baxılır.
Məhkəmə qanunvericiliyə əsasən işi ərizənin daxil olduğu tarixdən etibarən ən geci 15 gün ərzində araşdırmalı və qərar qəbul etməlidir.
Məlumatda qeyd olunub ki, müraciətin hazırkı statusu ilə bağlı məlumatları Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsindən və sosial şəbəkələrdəki rəsmi hesablarından izləmək mümkündür.
Daha əvvəl bildirilmişdi ki, 2026-cı il iyunun 19-da “Güclü Ermənistan” partiyalar blokunun nümayəndəsi Aram Vardevanyan parlamentin iyunun 7-də keçirilmiş seçkilərinin nəticələrinin etibarsız sayılması tələbi ilə ərizəni Konstitusiya Məhkəməsinə təqdim edib.
Alpər Mövludoğlu
Ordu.az