Ermənistanda müxalif blokun namizədi iki ay müddətinə həbs edilib

2026/06/1781854979.jpg
Oxunub: 193     11:41     19 İyun 2026    
Ermənistanda məhkəmə qərarı ilə “Hayastan” blokunun deputatlığa namizədi Ruslan Barseğyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Ordu.az xəbər verir ki, eyni blokun digər deputatlığa namizədi Asatur Köçəryan barəsində isə ev dustaqlığı qətimkan tədbiri tətbiq olunub.

Daha əvvəl bildirilmişdi ki, iyunun 17-də Ermənistan Mərkəzi Seçki Komissiyası prokurorun Asatur Köçəryan və Ruslan Barseğyana qarşı cinayət təqibi başlanılması və onların toxunulmazlıqlarının qaldırılması ilə bağlı vəsatətlərini təmin edib.

Bundan əvvəl Ermənistan Mərkəzi Seçki Komissiyası Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı da cinayət təqibi başlanılması barədə vəsatəti təsdiqləmişdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Həbs  


Bizi "telegram"da izləyin