“Güclü Ermənistan”ın deputatlığa namizədi 100-dən çox seçiciyə rüşvət vermək ittihamı ilə həbs olunub

2026/06/1781854941.jpg
Oxunub: 181     11:40     19 İyun 2026    
“Güclü Ermənistan” blokundan deputatlığa namizəd A. Y. 100-dən çox seçiciyə seçki rüşvəti vermək ittihamı ilə həbs edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, Ermənistan İstintaq Komitəsinin Xüsusilə Ağır Cinayətlərin İstintaqı Baş İdarəsində aparılan cinayət işi çərçivəsində həyata keçirilən istintaq tədbirləri nəticəsində 100-dən çox seçki rüşvəti vermə və alma faktı aşkar edilib.

İstintaqın əldə etdiyi ilkin məlumatlara əsasən, “Güclü Ermənistan” blokunun deputatlığa namizədi A. Y. bir qrup şəxslə əvvəlcədən razılaşaraq 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkilərində blokun xeyrinə səs vermələri müqabilində Artaşat icmasının 100-dən çox seçicisinə 100 min manatdan 500 min manata qədər seçki rüşvəti verib.

Bildirilir ki, həmin seçicilər də müxtəlif məbləğlərdə pul vəsaitləri alıblar.

Cinayət işi üzrə aparılan ibtidai istintaq çərçivəsində deputatlığa namizəd A. Y.-ə qarşı Ermənistan Cinayət Məcəlləsinin seçki rüşvəti vermə və xüsusilə külli miqdarda çirkli pulların yuyulması maddələri ilə ittiham irəli sürülüb.

Onun barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin