Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən "G7" sammiti çərçivəsindəki mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ABŞ nüvə nizamlanması ilə paralel olaraq adi ballistik raketlərlə bağlı məsələlərin həlli üzərində işləməyi planlaşdırır.
ABŞ lideri qeyd edib ki, regionun digər dövlətlərində analoji sistemlər olduğu halda, İranı raket silahından tamamilə məhrum buraxmağı mümkün hesab etmir.
"Biz Səudiyyə Ərəbistanına raketlərə sahib olmağa icazə verək, amma İrana yox? Belə olmaz", - Tramp bildirib.
O həmçinin qeyd edib ki, əsas problem raketlərdə deyil, daha ciddi təhlükə yarada bilən digər silah növlərindədir.
Ordu.az