Ordu.az xəbər verir ki, bu barədə partiyanın yaydığı bəyanatda bildirilib.
Məlumata görə, partiya Ermənistan İnzibati Məhkəməsinə iddia ərizəsi təqdim edib.
Bəyanatda qeyd olunub ki, “Birliyin Qanadları” partiyası əvvəlcədən açıqladığı mövqeyə sadiq qalaraq Mərkəzi Seçki Komissiyasının 14 iyun tarixli 258-A saylı qərarının etibarsız hesab olunmasını tələb edir.
Partiya nümayəndələri seçkilərlə bağlı qərarın hüquqi baxımdan yenidən qiymətləndirilməsinin vacib olduğunu bildiriblər.
Alpər Mövludoğlu
Ordu.az