Ordu.az xəbər verir ki, bu barədə “Militarnyi” nəşri məlumat yayıb.
Məlumata görə, yeni sistem taktiki məsafədə yerləşən sabit yerüstü hədəflərin avtonom şəkildə məhv edilməsi üçün hazırlanıb. UAV-290 yüksək sürət təmin edən turbojet mühərriki ilə təchiz olunub. PUA saatda 800 kilometrədək sürət yığa bilir.
Sistem bərk yanacaqlı raket gücləndiricisi vasitəsilə buraxılır. İlkin sürətlənmə mərhələsindən sonra isə inteqrasiya edilmiş INS+GPS naviqasiya sistemi vasitəsilə idarə olunaraq avtonom uçuş rejiminə keçir.
Bu imkan sayəsində PUA əvvəlcədən müəyyən edilmiş hədəflərə insan müdaxiləsi olmadan zərbə endirə bilir. UAV-290-ın maksimum faydalı yükdaşıma qabiliyyəti 100 kiloqram təşkil edir. Aparatın ümumi çəkisi isə 350 kiloqramdır.
650 kilometr uçuş məsafəsinə malik olan sistem dərinlikdə yerləşən hədəflərə qarşı əməliyyatların icrasına imkan verir. Kompakt konstruksiyaya malik PUA-nın qanad açılımı 1,7 metr, uzunluğu isə 3,5 metrdir. Sistem mobil platformalardan istifadə üçün nəzərdə tutulduğundan yüksək manevr və hərəkət imkanlarına sahibdir.
Qeyd olunur ki, Ukrayna müdafiə sənayesi şirkətləri “Eurosatory 2026” sərgisi çərçivəsində yeni nəsil pilotsuz sistemlərini beynəlxalq ictimaiyyətə təqdim etməyə davam edirlər.
Sevinc Əliyeva
Ordu.az