Ordu.az xəbər verir ki, bu barədə Tramp Fransanın Evian şəhərində keçirilən G7 sammiti çərçivəsində təşkil olunan mətbuat konfransında danışıb.
ABŞ Prezidenti bildirib ki, son iki gün ərzində G7 üzvləri və tərəfdaşlarla bir sıra mühüm məsələləri müzakirə edib və Ukraynadakı müharibə də əsas mövzulardan biri olub.
Tramp xatırladıb ki, həm Vladimir Putin, həm də Volodimir Zelenski ilə telefon danışığı aparıb.
“Orada nəsə baş verəcək. Hər iki tərəf çoxlu insan itirir, çoxlu əsgər itirirlər. Rusiya daha çox itki verir, çünki hücum edən tərəfdir. Hücum müharibəsi aparanda daha çox itki verirsən. Bu çox sadədir”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, Putinlə çox yaxşı, Zelenski ilə isə çox-çox yaxşı söhbət aparıb.
“Mənim fikrimcə, onların hər ikisi nəsə etmək istəyir. Sadəcə bunun necə ediləcəyini bilmirlər”, - deyə Tramp vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az