Ordu.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
Fransada keçirilən “Böyük Yeddilik” sammiti çərçivəsində təşkil olunan mətbuat konfransında çıxış edən Tramp ölkədə baş verən siyasi dəyişiklikləri faktiki olaraq “rejim dəyişikliyi” kimi qiymətləndirib.
“Rejim dəyişikliyindən danışırsınız. Heç kim bunu belə adlandırmayacaq, amma məncə, bu, məhz dəyişiklikdir”, - deyə ABŞ Prezidenti bildirib.
Trampın sözlərinə görə, əvvəlki rəhbərlikdə təmsil olunan bir neçə qrup artıq hakimiyyətdən uzaqlaşıb və ölkədə ciddi siyasi transformasiya baş verib.
ABŞ Prezidenti həmçinin bildirib ki, Yaxın Şərqdə davam edən müharibəni başa çatdıracaq sülh sazişinin imzalanması regionda yeni mərhələnin başlanğıcı olacaq. Onun fikrincə, bu razılaşma Hörmüz boğazının fəaliyyətinin bərpasına və İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasına xidmət edəcək.
Tramp çıxışının sonunda əldə olunan razılaşmaların maliyyə bazarlarına müsbət təsir göstərdiyini vurğulayaraq, sazişlə bağlı açıqlamalardan sonra fond bazarlarında yüksəliş müşahidə edildiyini qeyd edib.
Sevinc Əliyeva
Ordu.az