Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Ermənistan Mərkəzi Seçki Komissiyası prokurorluğun təqdimatını təmin edərək “Hayastan” blokundan namizəd Asatur Köçəryan və “Güclü Ermənistan” blokundan namizəd Aşot Yeğiazaryana qarşı cinayət təqibinin başlanmasına razılıq verib.
Bundan əvvəl komissiya Ermənistanın ikinci prezidenti Robert Köçəryan barəsində də analoji təqdimatı qəbul etmişdi.
Ermənistan Baş Prokurorluu bir gün əvvəl Robert Köçəryan, Asatur Köçəryan və Ruslan Barseğyan barəsində cinayət təqibinin başlanmasına icazə verilməsi üçün Mərkəzi Seçki Komissiyasına müraciət etmişdi.
Alpər Mövludoğlu
Ordu.az