“G7 liderləri Rusiyanın sülhə hazır olmadığı qənaətinə gəliblər” - Makron

2026/06/1781721171.jpg
Oxunub: 175     23:59     17 İyun 2026    
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, G7 ölkələrinin liderləri Rusiyanın Ukraynada sülh nizamlanmasına real hazır olmadığı qənaətinə gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Makronun sözlərinə görə, ABŞ və Avropa ölkələrinin danışıqların bərpası ilə bağlı təkliflərinin Moskva tərəfindən rədd edilməsindən sonra bu nəticəyə gəlinib.

“Prezident Tramp da, bizim hamımız kimi, qəbul etdi ki, Rusiya hazırda sülh məsələsini müzakirə etmək üçün səmimi istək nümayiş etdirmir”, - deyə Fransa Prezidenti bildirib.

Makron bu açıqlamanı Fransada keçirilən G7 sammitinin son günü təşkil olunan mətbuat konfransında səsləndirib.

O qeyd edib ki, liderlər Ukraynadakı vəziyyəti və münaqişənin diplomatik yollarla həlli perspektivlərini geniş şəkildə müzakirə ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   G7  


Bizi "telegram"da izləyin