Hakan Fidan və İshaq Dar ABŞ ilə İran arasında imzalanacaq memorandumu müzakirə ediblər

2026/06/1781716511.jpg
Oxunub: 156     20:51     17 İyun 2026    
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar türkiyəli həmkarı Hakan Fidanla telefonla danışıb və ABŞ ilə İran arasında iyunun 19-da İsveçrədə imzalanacaq anlaşma memorandumu müzakirə edilib.

Ordu.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Nazirlər ABŞ və İran arasında bu yaxınlarda əldə olunmuş razılaşmaları məmnunluqla qarşılayıb və 19 iyun 2026-cı il tarixində İsveçrənin Bürgenstok şəhərində Anlaşma Memorandumunun qarşıdan gələn imzalanması barədə fikir mübadiləsi aparıblar", - məlumatda bildirilib.

Həmçinin Pakistan–Türkiyə ikitərəfli münasibətləri müzakirə edilib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Fransanın Evian şəhərində keçirilən G7 ("Böyük yeddilik") sammitinin yekunlarına dair çıxışında deyib ki, İranla saziş iyunun 18-19-da imzalana bilər. ""Əgər bu, 60 gün ərzində baş verməsə, heç nə olmaz, biz bombalamağa qayıdacağıq", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   İshaq-Dar  


Bizi "telegram"da izləyin