Ordu.az xəbər verir ki, bu barədə CNN televiziya kanalı məlumat yayıb.
“Böyük Yeddilik” sammiti çərçivəsində keçirilən ikitərəfli görüş zamanı jurnalistlərin suallarını cavablandıran Tramp İsrailin təhlükəsizliyini təmin etmək hüququna malik olduğunu vurğulayıb.
“Xeyr, mən istəyirəm ki, İsrail özünü müdafiə edə bilsin, amma eyni zamanda onların təmkin göstərməsini həqiqətən istəyirəm”, - deyə ABŞ Prezidenti bildirib.
Tramp qeyd edib ki, o, dəfələrlə İsrailin Baş naziri Benyamin Netanyahu və Livanda “Hizbullah” hərəkatına qarşı həyata keçirilən hərbi əməliyyatlarla bağlı narazılığını ifadə edib.
ABŞ Prezidenti daha əvvəl də Netanyahunun “daha məsuliyyətli davranmalı olduğunu” bəyan etmişdi.
Məlumata görə, Livandakı “Hizbullah” mövqelərinə İsrail zərbələrinin ABŞ ilə İran arasında aparılan danışıqları çətinləşdirməsi fonunda tərəflər arasındakı fikir ayrılıqları daha da dərinləşib. İran hesab edir ki, atəşkəslə bağlı istənilən razılaşma Livandakı vəziyyəti də nəzərə almalıdır.
Netanyahu isə Trampla açıq qarşıdurmadan yayınmağa çalışır. ABŞ-İran danışıqlarını şərh edən İsrail Baş naziri bildirib ki, bəzi hallarda onunla Trampın baxışları üst-üstə düşmür, lakin İsrailin təhlükəsizliyi üçün bütün addımlar təmkinlə atılmalıdır.
Sevinc Əliyeva
Ordu.az