Paşinyan: “Parlamentdə “Qarabağın bayraqları”nın olması müharibə təhlükəsi yaradır”

2026/06/1781704663.jpg
Oxunub: 236     20:49     17 İyun 2026    
“Ermənistan parlamentində “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “bayraqları”nın nümayiş etdirilməsi müharibə təhlükəsi yaradan amillərdən biridir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 17-də parlamentdə keçirilən hökumət saatında deputatların suallarını cavablandırarkən deyib.

Paşinyan bildirib ki, “Qarabağ hərəkatı” (erməni separatizmi-red.) davam etdirilməməlidir və parlamentdə “Qarabağ bayraqları”nın olması yeni gərginlik üçün zəmin yaradır.

“Qarabağ hərəkatı” davam etməməlidir, Ermənistan parlamentində “Qarabağ bayraqları”nın olması isə müharibə təhlükəsi yaradır. İnsanlar masanın üzərinə “bayraq” qoyduqda bununla həmin müzakirələri başlayır və qızışdırırlar. Bundan sonra kimin ilk nə dediyini və ya necə cavab verdiyini müəyyən etmək çətin olur”, - deyə Ermənistanın Baş naziri bildirib.

Qarabağ münaqişəsinə toxunan Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycanın münaqişənin səbəbləri və gedişi ilə bağlı fərqli baxışları mövcuddur.

Onun sözlərinə görə, hər iki tərəf hadisələrin necə başladığı, ilk atəşi kimin açdığı və ilk qurbanların necə ortaya çıxdığı ilə bağlı öz mövqeyinə malikdir.

“Bizim öz həqiqətimiz var və ona inanırıq. Azərbaycanın da öz həqiqəti var və onlar da buna inanırlar. Sülh məhz bunun qəbul edilməsindən ibarətdir”, - deyə Paşinyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin