Meloni Ukrayna məsələsi üzrə Avropa İttifaqının vahid nümayəndəsinin təyin olunmasını təklif edəcək

2026/06/1781721486.jpg
Oxunub: 182     22:38     17 İyun 2026    
İtaliyanın Baş naziri Corcia Meloni Avropa İttifaqının qarşıdakı sammitində Ukrayna məsələsi üzrə vahid nümayəndənin təyin olunmasını təklif edəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Meloninin sözlərinə görə, belə vəzifənin yaradılması Avropa İttifaqı daxilində danışıqlar prosesinin koordinasiyasını daha səmərəli təşkil etməyə imkan verəcək.

İtaliya hökumətinin başçısı qeyd edib ki, həmin nümayəndə Avropa İttifaqının ən böyük ölkələrindən deyil, orta ölçülü dövlətlərdən birinin təmsilçisi olmalıdır.

Onun fikrincə, bu yanaşma tərəflər arasında daha balanslı əməkdaşlığın qurulmasına kömək edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meloni   Ukrayna    


Bizi "telegram"da izləyin