"La Repubblica": İtaliya və digər Aİ ölkələri arasında Ukrayna ilə bağlı fikir ayrılıqları yaranıb

2026/04/1777105485.jpg
Oxunub: 221     00:14     07 İyun 2026    
İtaliyanın Baş naziri Ciorcia Meloni bir sıra görüşlərdə, o cümlədən iyunun 5-də Monteneqronun Tivat şəhərində keçirilən Avropa İttifaqı (Aİ) - Qərbi Balkan ölkələri sammitində iştirak etməyib.

Ordu.az "La Repubblica" qəzetinə istinadən xəbər verir ki, buna səbəb İtaliya və digər Aİ ölkələri arasında Ukrayna ilə bağlı bəzi məsələlərdə yaranmış fikir ayrılıqları ola bilər.

Rəsmi versiyaya görə, Meloni İtaliyada keçirilən tədbirlərdə iştirak etdiyi üçün sammitə vaxtında çata bilməyib.

Qeyd olunub ki, rəsmi Roma Ukraynaya hərbi kontingent göndərilməsinə və Ukraynanın Aİ-yə daxil olmasının sürətləndirilməsinə etirazda davam edir. İtaliyanın Baş naziri Almaniya Kansleri Fridrix Mertsin iyunun 2-də Berlində planlaşdırdığı "E5" (Fransa, Böyük Britaniya, Polşa, Almaniya, İtaliya) formatında görüşü rədd edib. Bazar günü Meloni Fransa Prezidenti Emmanuel Makron, F. Mertsin, Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Kir Starmerin Londonda keçiriləcək görüşünə qatılmayacaq. Meloninin iyulun ortalarında Parisdə keçiriləcək "Könüllülər koalisiyası"nın görüşündə iştirakı da hələ təsdiqlənməyib.

Məlumata görə, Roma avroüçlüyün bütün səylərinə rəğmən, ABŞ-nin iştirakı olmadan Rusiya-Ukrayna sülh nizamlanmasının əldə olunmasını qeyri-mümkün hesab edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meloni   İtaliya  


Bizi "telegram"da izləyin