Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, 95 yaşını qeyd edən Raul Kastro paytaxt Havana şəhərində Daxili İşlər Nazirliyində təşkil olunan tədbirdə iştirak edib. Mərasimdə yüksəkvəzifəli dövlət rəsmiləri və hərbi rəhbərlər də iştirak ediblər.
Dövlət televiziyasının məlumatına əsasən, Kastro tədbir zalına hərbi forma ilə daxil olub və iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Kubanın prezidenti Migel Dias-Kanel çıxışı zamanı Raul Kastronu “qəhrəmanlıq və ləyaqət simvolu” adlandırıb və onun ölkənin tarixindəki rolunu xüsusi vurğulayıb. O, həmçinin “Raul Kubadır, Kuba isə toxunulmazdır” ifadəsini işlədib.
Xatırladaq ki, Vaşinqton daha əvvəl Raul Kastronu 1996-cı ildə Mayamidə yaşayan kubalı mühacirlərə məxsus iki mülki təyyarənin vurulması ilə bağlı hadisədə rol oynamaqda ittiham etmişdi. Bu addım ABŞ-nin Kubaya qarşı təzyiq siyasətinin bir hissəsi kimi qiymətləndirilir.
Kubanın hakimiyyət orqanları isə ölkənin ABŞ üçün təhlükə yaratmadığını bildirərək ittihamları siyasi motivli adlandırıb. Havana Vaşinqtonun təzyiqlərinin daha da artacağı təqdirdə qəti cavab veriləcəyi barədə xəbərdarlıq edib.
Sevinc Əliyeva
Ordu.az