Litvanın hakim partiyası müdafiə ilə bağlı fikir ayrılıqlarına görə koalisiyanı dağıdır

2026/06/1780771254.jpg
Oxunub: 225     22:09     06 İyun 2026    
Litvanın hakim Sosial Demokrat Partiyası müdafiə layihələrinin maliyyələşdirilməsi məsələləri üzrə fikir ayrılıqlarına görə "Neman üzərində şəfəq" Partiyası ilə koalisiyanı dağıtmaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi sosial demokratların rəhbəri Mindauqas Sinkeviçyusa istinadən məlumat yayıb.

"Hesab edirəm ki, hazırkı siyasi tərkibi dəyişmək həm partiya, həm də dövlət üçün doğru addımdır", - o qeyd edib.

Onun sözlərinə görə, sosial demokratlar yeni koalisiyanın formalaşdırılması ilə bağlı digər partiya - "Litva naminə" Demokratik İttifaqı ilə danışıqlara başlayacaqlar.

Daha əvvəl "Neman üzərində şəfəq" PUA-lardan müdafiə sistemlərini maliyyələşdirməyə çağıraraq sosial demokratların ölkədə yeni hərbi poliqonların tikintisi ilə bağlı planlarını dəstəkləməmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Koalisiya  


Bizi "telegram"da izləyin