İranın cənub-şərqində sərhədçilərlə toqquşma nəticəsində altı nəfər öldürülüb

2020/02/Iran--1582973447.jpg
Oxunub: 337     21:57     06 İyun 2026    
İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində sərhədçilərlə silahlı toqquşma nəticəsində altı nəfərin öldürüldüyü bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə İranın sərhəd xidməti komandanı, general Ali Əkbər Cavidan məlumat verib.

Məlumata görə, cümə gecəsi İran hakimiyyətinin terrorçu qrup kimi qiymətləndirdiyi silahlı dəstə ölkə ərazisinə daxil olmağa və sərhədçilərin mövqelərinə hücum etməyə cəhd göstərib. Sərhəd pozucularının aşkar edilməsindən sonra tərəflər arasında atışma başlayıb və daha sonra bu, intensiv silahlı döyüşə çevrilib.

İran tərəfi bildirib ki, sərhəd bölmələri vəziyyəti nəzarət altına almağa və hücum edənlərə ciddi itkilər verməyə nail olub. Komandanlığın məlumatına əsasən, toqquşma nəticəsində silahlı qrupun altı üzvü öldürülüb. Əməliyyat başa çatdıqdan sonra əraziyə baxış keçirən sərhədçilər iki tapança və xeyli miqdarda sursat aşkar edərək götürüblər.

Qeyd edək ki, Sistan və Bəlucistan Pakistan və Əfqanıstanla sərhəddə yerləşir və İranın ən qeyri-sabit bölgələrindən biri hesab olunur. Burada təhlükəsizlik qüvvələri ilə silahlı qruplar arasında mütəmadi olaraq toqquşmalar baş verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Toqquşma  


Bizi "telegram"da izləyin