Rusiyanın Xerson vilayətinə zərbələri nəticəsində 6 nəfər ölüb, 30-a yaxın şəxs yaralanıb

2025/04/1744625610.jpg
Oxunub: 241     11:22     06 İyun 2026    
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xerson vilayətinə endirdiyi dron zərbələri nəticəsində 6 nəfər ölüb, daha 27 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib.

Onun sözlərinə görə, zərbələr sosial infrastruktura, o cümlədən 6 çoxmərtəbəli və 9 fərdi yaşayış evinə endirilib.

Eyni zamanda, inzibati binaların, mağazaların, yanacaqdoldurma məntəqəsinin, şəxsi avtomobillərin və digər infrastrukturun zərər gördüyü vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xerson   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin