Ordu.az xəbər verir ki, Çin ordusunun Şərq Komandanlığı bununla bağlı rəsmi açıqlama yayıb.
Məlumata görə, freqatın hərəkətlərini izləmək üçün bölgəyə hərbi gəmilər və aviasiya vasitələri cəlb olunub.
Niderland hökuməti isə bəyan edib ki, hərbi gəmi bölgədə diplomatik, təhlükəsizlik və iqtisadi səbəblərlə fəaliyyət göstərib və beynəlxalq hüquqa uyğun hərəkət edib.
Qeyd edək ki, Pekin ötən həftə də eyni freqatın mübahisəli Cənubi Çin dənizində yerləşən Parasel adalarına qanunsuz daxil olduğunu iddia etmişdi. Niderland tərəfi həmin vaxt da eyni cavabı vermişdi.
Çin Şərq Komandanlığının bəyanatında vurğulanıb ki, Çin ordusu daim yüksək döyüş hazırlığı vəziyyətində qalacaq və ölkənin suverenliyini, təhlükəsizliyini, eləcə də regional sülh və sabitliyi qətiyyətlə qoruyacaq.
Pekin demokratik şəkildə idarə olunan Tayvan üzərində suverenlik iddia etməklə yanaşı, strateji əhəmiyyətə malik Tayvan boğazını da öz ərazi suları hesab edir.
Sevinc Əliyeva
Ordu.az