Kreml ABŞ hazır olduqda qarşılıqlı addım atacaq

2026/06/1780727226.jpg
Oxunub: 237     10:24     06 İyun 2026    
“ABŞ real münasibətlərin bərpasına hazır olduqda Kreml də qarşılıqlı addımlar atacaq”.

Ordu.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Çinin Mərkəzi Televiziyasına müsahibəsində deyib.

O bildirib ki, ABŞ iqtisadi münasibətlərin inkişafını Ukrayna münaqişəsinin nizamlanması ilə əlaqələndirir, lakin Rusiya bu yanaşmanı yanlış hesab edir.

“Tanqo iki nəfərlə rəqs olunur və indiyədək amerikalılar buna hazır deyillər”, - deyə Kremlin nümayəndəsi vurğulayıb.

Peskovun sözlərinə görə, Moskva bu məsələdə səbir nümayiş etdirir. Eyni zamanda Kreml ABŞ-nin Ukrayna münaqişəsinin nizamlanmasına dəstək vermək hazırlığını alqışlayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   ABŞ  


Bizi "telegram"da izləyin