Sankt-Peterburq PUA-ların kütləvi zərbəsinə məruz qalıb

2026/03/1773658861.jpg
Oxunub: 262     09:34     06 İyun 2026    
Rusiyanın Sankt-Peterburq şəhəri Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb.

Ordu.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə şəhərin qubernatoru Aleksandr Beqlov sosial şəbəkələrdə məlumat yayıb.

"İyunun 6-sı səhər saatlarında Peterburq PUA-ların genişmiqyaslı hücumuna məruz qalıb. Hava hücumundan müdafiə vasitələri işləyir", - o yazıb.

A.Beqlov sakinlərə küçəyə çıxmamağı tövsiyə edib və mobil internetin işində mümkün fasilələrin ola biləcəyini bildirib.

Qubernator dronların sayı və mümkün dağıntılar barədə dəqiq məlumat verməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sankt-Peterburq   PUA  


Bizi "telegram"da izləyin