Dövlət Xidməti kiberpoliqonda praktiki məşğələ keçirib

2026/06/1782399897.jpg
Oxunub: 212     18:04     25 İyun 2026    
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Bakı Ali Neft Məktəbində yerləşən "İnformasiya Təhlükəsizliyi Testləri" Laboratoriyasında "Kiberpoliqonda praktiki məşğələ" (Cyber Range Hands-On Exercise) adlı praktiki təlim keçirilib.

Bu barədə Ordu.az-a dövlət qurumundan məlumat verilib.

Tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə təşkilatçılığı, NATO-nun "Sülh və Təhlükəsizlik naminə Elm" proqramının dəstəyi ilə baş tutub.

Məqsəd enerji sektorunda fəaliyyət göstərən operatorların, texniki mütəxəssislərin və dövlət qurumlarının kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, kritik informasiya infrastrukturuna qarşı yönələn müasir təhdidlər barədə məlumatlılığın gücləndirilməsi, eləcə də kibertəhlükəsizlik insidentlərinə operativ və effektiv cavabvermə imkanlarının təkmilləşdirilməsi olub.

Praktiki məşğələ çərçivəsində Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun nümayəndələri tərəfindən enerji sektoruna qarşı yönələn aktual kibertəhdidlər, kritik infrastrukturlara qarşı həyata keçirilmiş real kiberhücum nümunələri, habelə insidentlərə cavabvermə proseslərində tətbiq olunan yanaşmalar barədə təqdimatlar keçirilib. İştirakçılar müxtəlif ssenarilər əsasında kiberinsidentlərin aşkarlanması, təhlili və cavab tədbirlərinin həyata keçirilməsi istiqamətində praktiki tapşırıqlar yerinə yetiriblər.

Təlimdə iştirak üçün ölkənin enerji sektorunu təmsil edən 13 qurum və təşkilatdan ümumilikdə 18 iştirakçı seçilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dövlət-Xidməti   Kiberpoliqon  


Bizi "telegram"da izləyin