Ermənistan və Avropa İttifaqı arasında hibrid təhdidlərə qarşı əməkdaşlıq müzakirə olunub

2026/06/1782401433.jpg
Oxunub: 159     19:26     25 İyun 2026    
Ermənistan ilə Avropa İttifaqı arasında təhlükəsizlik və müdafiə məsələləri üzrə məsləhətləşmələrin ikinci iclası keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, məsləhətləşmələr zamanı təhlükəsizlik və müdafiə sahəsində Ermənistan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi ilə bağlı məsələlərin geniş spektri müzakirə olunub.

“Tərəflər Ermənistanda təhlükəsizlik sektorunda aparılan islahatlara, Avropa Sülh Fondu çərçivəsində davam edən əməkdaşlığa, Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinə, Ermənistanın müvafiq təhsil müəssisələri ilə Avropa Təhlükəsizlik və Müdafiə Kolleci arasında əməkdaşlıq perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə toxunublar.

Görüş zamanı həmçinin Ermənistan ilə Avropa İttifaqı arasında hibrid təhdidlərə qarşı dayanıqlılıq sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Xüsusilə Ermənistanın aidiyyəti qurumlarının potensialının gücləndirilməsi məsələsinə diqqət yetirilib.

İclasda regional təhlükəsizliklə bağlı aktual məsələlər də müzakirə olunub”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin