Ordu.az xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreşlə görüşməkdən məmnunam", - o bildirib.
Görüşdə COP29 nəticələrinin icrası, COP31-ə hazırlıq müzakirə edilib:
"Həmçinin, iqlim öhdəliklərini konkret nəticələrə çevirmək üçün metan emissiyalarının azaldılmasının sürətləndirilməsi, iqlim maliyyəsinin miqyasının artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi apardıq".
Ordu.az