Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Telefon danışığı zamanı İtaliyanın xarici siyasət idarəsinin rəhbəri NATO baş katibinin ABŞ-nin İrana qarşı hərbi əməliyyat zamanı İtaliyadakı hərbi bazalardan istifadə etməsi ilə bağlı son açıqlamalarını qəti şəkildə təkzib edib.
Tayani vurğulayıb ki, İtaliyanın hərbi obyektləri İrana zərbələr endirmək üçün istifadə olunmayıb və gələcəkdə də belə əməliyyatlara cəlb edilməyəcək.
Onun sözlərinə görə, İranın bombalanmasında iştirak edən ABŞ təyyarələri İtaliya ərazisindən havaya qalxmayıb və ölkə hökuməti heç vaxt belə əməliyyatlara icazə verməyib.
Öz növbəsində İranın xarici işlər naziri telefon danışığına və verilən izahatlara görə italiyalı həmkarına təşəkkür edib.
Əraqçi İtaliya hökuməti tərəfindən bu cür iddiaların rəsmi və qəti şəkildə təkzib edilməsinin vacibliyini də vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az