Ordu.az Almaniya mediasına istinadən xəbər verir ki, komissiyanın yaradılması barədə qərar federal hökumət tərəfindən Berlində keçirilən iclasda qəbul edilib.
O.Şolts Kosta-Rikanın eks-prezidenti Laura Çinçilya ilə yanaşı komissiyanın həmsədri olacaq. Komissiya 2028-ci ilin sonuna qədər ölkələrə dəstəyin gələcək istiqamətinə dair tövsiyələrin yer aldığı məruzə təqdim etməlidir.
Bunun əsasında dünya siyasətində baş verən cari hadisələr və artan büdcə məhdudiyyətləri fonunda Almaniyanın inkişaf etməkdə olan ölkələrlə əməkdaşlığının yeni konsepsiyasını işləyib hazırlamaq cəhdi dayanır.
Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin məlumatına görə, komissiya müstəqil fəaliyyət göstərəcək. Onun tərkibinə həm Qlobal Cənubdan, həm də Qlobal Şimaldan siyasi dairələrin, özəl sektorun, həmkarlar ittifaqlarının, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların nümayəndələri daxil olacaq. Ümumilikdə komissiyanın 20-yə yaxın üzvü olacaq.
Ordu.az