Tramp İranla bağlı razılaşmanı tənqid edən senatorlara təlim keçməyi tövsiyə edib

2026/06/1781718005.jpg
Oxunub: 236     08:09     24 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İranla qarşılıqlı anlaşma memorandumu ilə bağlı onun mövqeyi ilə razılaşmayan senatorların “təlim keçməli olduqlarını” bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Tramp jurnalistlərə açıqlamasında respublikaçı senator Ted Kruzun İranla bağlı memorandum ətrafında səsləndirdiyi tənqidlərə münasibət bildirib.

“Hesab edirəm ki, bunu tənqid edən hər kəs, hətta dostlarım belə, yenidən hazırlıq keçməlidir. Çünki biz İranı indiyədək heç kimin sala bilmədiyi vəziyyətə salmışıq”, - deyə ABŞ Prezidenti vurğulayıb.

Bununla yanaşı, Kapitoliydə, o cümlədən Respublikaçılar Partiyasının nümayəndələri arasında Konqresin memorandumun məzmunu barədə ətraflı məlumatlandırılmaması ilə bağlı narazılığın artdığı bildirilir. Qeyd olunur ki, Tramp administrasiyası Konqres üzvləri üçün tammiqyaslı brifinq keçirməyib.

Məlumata görə, senator Ted Kruz İrana neft satışı üçün icazə verilməsi ideyasını, eləcə də yaxın perspektivdə sanksiyaların yumşaldılması ehtimalını kəskin tənqid edib.

“Tarix göstərir ki, bizi öldürmək istəyən teokratik fanatiklərə milyardlarla dollar ötürmək son dərəcə pis ideyadır. Təəssüf ki, prezident bu razılaşma ilə bağlı çox yanlış məsləhətlər alır. Mən ayətullaha bir sent belə göndərilməsini istəmirəm”, - deyə Kruz bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin