“Bloomberg”: Britaniya Ukraynada istifadə oluna biləcək ucuz uzaqmənzilli silahlar hazırlayır

2026/06/1781970270.jpg
Oxunub: 209     19:38     20 İyun 2026    
Böyük Britaniya ABŞ texnologiyaları və tədarükündən asılı olmayan yeni uzaqmənzilli silah sistemləri üzərində işləyir.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Böyük Britaniyanın müdafiə qurumlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yaxın aylarda həm Böyük Britaniyada, həm də Ukrayna ərazisində Britaniya istehsalı olan üç sistemin sınaqları keçiriləcək. Söhbət MBDA, “MGI Engineering” və “Rotron Aerospace” şirkətlərinin hazırladığı sistemlərdən gedir.

Sınaqların uğurla başa çatmasından sonra həmin sistemlərin bir il ərzində döyüş əməliyyatları zonasına göndərilməsi imkanları nəzərdən keçiriləcək.

Qeyd olunur ki, yeni layihələrin əsas xüsusiyyəti ABŞ komponentlərindən və məlumat bazalarından asılılığın minimuma endirilməsidir. Bu yanaşmanın Britaniyanın müdafiə texnologiyalarının müstəqilliyini artıracağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin