CNN: Tramp iqtisadi və siyasi risklərə görə İranla münaqişəni tez başa çatdırmağa çalışırdı

2026/06/1781943648.jpg
Oxunub: 188     20:57     20 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp dünya iqtisadiyyatına, eləcə də aralıq seçkilər ərəfəsində öz populyarlığı və respublikaçıların mövqeyinə təsirinə görə İranla münaqişəni mümkün qədər tez başa çatdırmağa çalışırdı.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, iyunun əvvəlində Tramp və onun müşavirləri Hörmüz boğazının açılmasını, İranın nüvə proqramı ətrafında nizamlanmanın ümumi prinsiplərini nəzərdə tutan Tehranla çərçivə sazişinə nail olmaq qərarına gəliblər.

CNN qeyd edir ki, administrasiyanın bir çox yüksəkvəzifəli nümayəndələri münaqişənin dayandırılmasının tərəfdarı idilər. Xüsusilə, maliyyə naziri Skott Bessent müharibənin iqtisadi nəticələrindən, energetika naziri Kris Rayt isə dünya enerji bazarına təsirindən narahatlığını ifadə edirdi.

Məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və Pentaqon rəhbəri Pit Heqset İranın ehtimal olunan razılaşmaları yerinə yetirməyə hazır olduğuna şübhə ilə yanaşan ən skeptik məmurlar sırasında olublar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin