Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
İsveçrə rəsmiləri bildiriblər ki, ölkə tərəflər arasında imzalanmış anlaşma memorandumunun həyata keçirilməsi üçün “etibarlı və təmkinli mühit” təmin edir.
İsveçrənin Federal Xarici İşlər Departamentinin açıqlamasında qeyd olunub ki, ölkə neytral vasitəçi qismində çıxış edərək proses üçün zəruri təşkilati və diplomatik şəraiti yaradır. Bununla belə, məxfilik prinsiplərinə sadiq qalaraq iştirakçılar və müzakirələrin məzmunu barədə heç bir detal açıqlanmır.
Daha əvvəl Bürgenştokun ABŞ və İran arasında əldə olunmuş razılaşmaların ilkin mərhələlərinin icrası üçün məkan seçildiyi bildirilmişdi. Bundan sonra həmin razılaşmaların yerinə yetirilməsinə dair texniki danışıqların başlanacağı gözlənilir.
Sevinc Əliyeva
Ordu.az