Ordu.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
ABŞ lideri Meloninin İtaliyadakı populyarlığını da şübhə altına alıb.
“Onun populyarlıq göstəricilərinə baxsaq, İtaliyada işləri yaxşı getmir. Ola bilsin ki, səbəb ABŞ-ni rədd etməsidir. Halbuki ABŞ İtaliyanı həqiqətən sevən və qoruyan ölkədir. Söhbət İranın nüvə silahına sahib olmasının qarşısının alınmasından gedirdi. O, hətta bizə İtaliya uçuş-eniş zolaqlarından istifadə etməyə də icazə vermədi və bu, ciddi logistika problemləri yaratdı. ABŞ hər il İtaliyanın və NATO-dakı digər müttəfiqlərinin müdafiəsi üçün yüz milyardlarla dollar xərcləyir. İndi isə ABŞ İranı hərbi məğlubiyyətə uğratdıqdan sonra o, yenidən bizimlə dostlaşmaq istəyir. Xeyr, təşəkkür edirəm”, - deyə Tramp yazıb.
Bu, Donald Trampın Corcia Meloni barədə ilk belə açıqlaması deyil.
Bundan əvvəl də Tramp İtaliya televiziya kanallarından birinə müsahibəsində Meloninin G7 sammitində onunla birgə şəkil çəkdirmək üçün “yalvardığını” iddia etmişdi. İtaliya Baş naziri isə bu açıqlamaları tamamilə uydurma adlandıraraq təkzib etmişdi.
İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani Trampın Meloni barədə söylədiyi fikirlərə etiraz olaraq ABŞ-yə planlaşdırılan səfərini ləğv etdiyini açıqlayıb.
Onun sözlərinə görə, ABŞ Prezidentinin “kobud və təhqiredici ifadələri” bütün İtaliyanı təhqir edir. Səfər 21-22 iyun tarixlərində baş tutmalı və Mayamidə keçiriləcək İtaliya-ABŞ konfransında iştirak, eləcə də ABŞ dövlət katibi Marko Rubio ilə görüşləri əhatə etməli idi.
Sevinc Əliyeva
Ordu.az