Zelenski Polşa Prezidentinə Ağ Qartal ordenini geri qaytarıb

2026/06/1780994107.jpg
Oxunub: 194     21:03     20 İyun 2026    
Ukrayna Prezidenti Volodimir Zelenski 2023-cü ildə layiq görüldüyü Ağ Qartal ordenini Polşa Prezidentinə geri qaytardığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Zelenski bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

Ukrayna lideri bildirib ki, orden ona deyil, Rusiyanın təcavüzünə qarşı mübarizə aparan bütün Ukrayna xalqına və ordusuna verilmiş mükafat kimi qəbul olunurdu.

“Biz hesab edirdik ki, 2023-cü ildə Ağ Qartal ordeni məhz Ukrayna xalqına və ordumuza təqdim olunub. O zaman da belə deyilmişdi. Bu gün həmin ordeni Polşa Prezidentinə geri göndərdim”, - deyə Zelenski yazıb.

O, eyni zamanda Polşa xalqına göstərdiyi dəstəyə görə təşəkkür edib və Kiyevin Varşava ilə əməkdaşlığa açıq qaldığını vurğulayıb.

Zelenskinin sözlərinə görə, tarixi məsələlər ətrafında fikir ayrılıqlarına baxmayaraq, Ukrayna Polşa ilə tərəfdaş münasibətlərini qorumağa davam edəcək və ortaq tarixin mürəkkəb səhifələri üzrə qarşılıqlı hörmətə əsaslanan dialoqu dəstəkləyəcək.

Ukrayna Prezidenti həmçinin bildirib ki, gələcək ukraynalılara göstərilən hörmətin doğruluğunu təsdiqləyəcək və ölkəsi ədalətli sülh və Avropada təhlükəsizlik uğrunda mübarizəni davam etdirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna   Polşa  


Bizi "telegram"da izləyin