ABŞ Sakit okeanda daha bir gəmiyə zərbə endirib

2026/06/1780542923.jpg
Oxunub: 278     06:08     17 İyun 2026    
ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotik vasitələrin daşınması üçün istifadə edilən gəmiyə zərbə endirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində bir narkotacir öldürülüb.

"SOUTHCOM komandanı general Frensis Donovanın göstərişi ilə "Cənub nizəsi" birləşmiş əməliyyat qrupu iyunun 16-da gəmiyə zərbə endirib. Kəşfiyyat məlumatları təsdiqləyib ki, o, Sakit okeanın şərq hissəsində narkotik vasitələrin məlum qaçaqmalçılıq marşrutları ilə hərəkət edirdi və narkotrafik həyata keçirmək üçün istifadə olunurdu", - məlumatda bildirilib.

"Əməliyyat zamanı ABŞ hərbi qulluqçularından heç kim xəsarət almayıb", - SOUTHCOM-dan dəqiqləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Sakit-okean   Gəmi  


Bizi "telegram"da izləyin