Avropa Parlamenti Aİ-ABŞ ticarət sazişi üzrə qanun layihələrini təsdiqləyib

2026/05/1777649133.jpg
Oxunub: 174     18:20     16 İyun 2026    
Avropa Parlamenti 2025-ci ilin iyulunda Birləşmiş Ştatlarla əldə olunmuş ticarət sazişi çərçivəsində Avropa İttifaqının (Aİ) öhdəliklərinin yerinə yetirilməsi üçün zəruri olan qanunvericilik aktlarını təsdiqləyib.

Ordu.az "Report"a istinadən xəbər verir ki, plenar iclasda deputatlar ABŞ sənaye mallarına rüsumların ləğvini və Amerikadan olan bir sıra kənd təsərrüfatı məhsulları üçün Avropa bazarına güzəştli çıxışın təmin edilməsini özündə ehtiva edən sənədlər paketinə səs veriblər.

Qeyd etmək lazımdır ki, sazişin parlamentdə razılaşdırılması üçün Aİ-nin çox az vaxtı (4 iyuladək) qalırdı, ABŞ tərəfi isə sazişin şərtlərini ləğv etməklə və Avropa mallarına yeni yüksək rüsumlar tətbiq etməklə hədələyirdi.

Razılaşdırılmış mətnə əsasən, tərəflər onların müddətinin uzadılması barədə qərar qəbul etməsələr, tarif güzəştləri 2029-cu il dekabrın 31-dək qüvvədə olacaq.

Qanunvericilik 2026-cı ilin sonunadək ABŞ-nin Aİ-dən olan ayrı-ayrı polad və alüminium məhsulları növlərinə 15 %-dən yuxarı rüsumları qüvvədə saxlayacağı təqdirdə, tarif güzəştlərinin dayandırılması ilə bağlıdır. Eyni zamanda, ABŞ-dən idxalın artımının Avropa sənayesinə və ya kənd təsərrüfatına ciddi zərər vuracağı istənilən hal üçün qoruyucu mexanizm də nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Parlamenti     ABŞ  


Bizi "telegram"da izləyin