Ordu.az xəbər verir ki, Vadeful bu barədə RTL telekanalının “Nachtjournal Spezial” proqramında danışıb.
“Mən hesab edirəm ki, indi bu yay danışıqlara başlamaq üçün imkan var”, - deyə Almaniyanın xarici işlər naziri qeyd edib.
Putin barədə danışan Vadeful əlavə edib: “Ola bilsin ki, o, hazırda bunu ciddi şəkildə düşündüyü bir mərhələdədir”.
Nazir bildirib ki, hərbi baxımdan hazırda tərəflərdən heç biri həlledici üstünlük əldə etmir.
“Baş verən yeganə şey insanların ölməsidir. Hər gün”, - deyə Vadeful vurğulayıb.
Almaniyanın xarici işlər naziri eyni zamanda Belarus Prezidenti Aleksandr Lukaşenkonun daha əvvəl səsləndirdiyi fikirlərə də münasibət bildirib. Lukaşenko qeyd etmişdi ki, nə Rusiya, nə də Ukrayna müharibədə hərbi yolla qələbə qazana bilməz.
Vadeful bu açıqlamanı “Putinin çox yaxın müttəfiqinin diqqətçəkən bəyanatı” adlandırıb.
Sevinc Əliyeva
Ordu.az