“Ağ Ev Rusiya neftinə qarşı sanksiyaları bərpa etməyi planlaşdırır” - Tramp

2026/05/1779950914.jpg
Oxunub: 200     19:19     16 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən “Böyük Yeddilik” sammiti çərçivəsində jurnalistlərin Rusiya neftinin qiymətlərini azaltmaq məqsədilə yumşaldılmış sanksiyaların yenidən tətbiq edilib-edilməyəcəyi ilə bağlı sualını cavablandırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Tramp bildirib ki, Hörmüz boğazı vasitəsilə neft tədarükünün artması ilə paralel olaraq məhdudiyyətlər yenidən qüvvəyə minə bilər.

“Tezliklə bunu edə biləcəyik, çünki neft artıq tədarük olunur. Yaxın vaxtlarda bunu həyata keçirə biləcəyik”, - deyə Tramp jurnalistlərə bildirib.

Qeyd edək ki, mart ayında ABŞ Rusiya neftinin müəyyən tədarüklərinə tətbiq olunan bəzi sanksiyaları müvəqqəti olaraq yumşaltmışdı. Neft qiymətlərinin kəskin artması fonunda qəbul edilən bu qərarın müddəti müharibənin davam etməsi ilə əlaqədar uzadılmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin