Macarıstan parlamenti baş nazirin səlahiyyət müddətini səkkiz illə məhdudlaşdırıb

2026/06/1781627535.jpg
Oxunub: 176     20:31     16 İyun 2026    
Macarıstan parlamenti baş nazir vəzifəsində qalma müddətini səkkiz illə məhdudlaşdıran konstitusiya dəyişikliklərini dəstəkləyib.

Ordu.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

Qərar ölkənin yeni Baş naziri Peter Macarın keçmiş Baş nazir Viktor Orbanın yenidən hakimiyyətə qayıtmasının qarşısını almaqla bağlı verdiyi vədin yerinə yetirilməsi kimi qiymətləndirilir.

Orban Macarıstana ardıcıl olaraq 16 il rəhbərlik edib. Bu ilin aprelində keçirilən seçkilərdə isə Peter Macarın rəhbərlik etdiyi “Tisa” partiyası parlamentdə üçdəiki səs çoxluğu qazanaraq onu hakimiyyətdən uzaqlaşdırıb. Bu üstünlük partiyaya konstitusiyaya dəyişiklik etmək imkanı verib.

Dəyişikliyə əsasən, 1990-cı ildən etibarən heç bir baş nazir, hətta səlahiyyət müddətləri ardıcıl olmasa belə, iki müddətdən artıq vəzifədə qala bilməyəcək.

Orbanın məğlub olmuş “Fides” partiyası təşəbbüsün əleyhinə səs verib. Həftəsonu yenidən partiya sədri seçilən Orban qərarı sərt şəkildə tənqid edib.

“Orban qanunu yenicə qəbul edildi. Deməli, ən təxirəsalınmaz məsələ bu idi. Mənə ehtiyac varsa, buradayam”, - deyə o, “Facebook” səhifəsində yazıb.

Orban bildirib ki, “Tisa” partiyası cəmi bir aydır hakimiyyətdədir və qarşıdakı səkkiz il barədə “xəyal qurmamalıdır”.

“Tisa” partiyasının böyük üstünlüyü sayəsində dəyişiklik 135 lehinə və 50 əleyhinə səslə qəbul edilib və hazırda ölkə prezidentinin imzasını gözləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Parlament   Baş-nazir  


Bizi "telegram"da izləyin