Tramp: “İsrail “Hizbullah”ın öhdəsindən gələ bilmirsə, bunu Suriya edəcək”

2026/05/1778436283.jpg
Oxunub: 207     20:19     16 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı bildirib ki, İsrailə Livanın “Hizbullah” hərəkatı ilə mübarizəni Suriyanın Prezidenti Əhməd əş-Şaraaya həvalə etməyi təklif edib.

Ordu.az xəbər verir ki, bu barədə “AFP” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, İsrailin həyata keçirdiyi əməliyyatlar həddindən artıq çox insan itkisinə səbəb olur.

Əş-Şaraanın “heyrətamiz iş gördüyünü” vurğulayan Tramp “Böyük Yeddilik” sammitində çıxışı zamanı deyib: “Əgər İsrail bu vəzifənin (“Hizbullah”la mübarizənin-red.) öhdəsindən digər insanları öldürmədən gələ bilmirsə, o (əş-Şaraa-red.) bunu özü edəcək. Bu işi Suriya görəcək”.

ABŞ Prezidenti eyni zamanda qeyd edib ki, Suriyanın yeni prezidenti “skaut deyil”.

“İsrail çox uzun müddətdir ki, “Hizbullah”la mübarizə aparır və həddindən artıq çox insan həlak olur. Mən İsrailə təklif etdim ki, “Hizbullah” məsələsini Suriyaya həvalə etsin, çünki açığı, düşünürəm ki, onlar bu vəzifənin öhdəsindən daha yaxşı gələrdilər”, - deyə Tramp bildirib.

İsrailin Baş naziri Benyamin Netanyahu ilə münasibətlərinin pisləşdiyinə dair xəbərlərə münasibət bildirən Tramp qeyd edib ki, “Bibi (Netanyahu-red.) Livana münasibətdə daha məsuliyyətli olmalıdır”.

“Mən İsrailin Livana və “Hizbullah”a münasibətindən narazıyam. Onlar bu işi daha tez başa çatdırmalı idilər”, - deyə ABŞ Prezidenti vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin