"Amerika pulunun bir senti belə İrana getmir" - Vens

2026/06/1780974754.jpg
Oxunub: 190     20:36     16 İyun 2026    
İranın Anlaşma Memorandumundan alacağı investisiyalar əsasən Körfəz ölkələrindən olacaq.

Ordu.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib.

“Əvvəla, Amerika pulunun bir senti belə İrana getmir, 300 milyard dollar, 24 milyard dollar, dollarla dövriyyədə gördüyüm digər pulların heç biri verilmir”, - Vens deyib.

ABŞ vitse-prezidenti İrana iqtisadi fayda gətirə biləcək ölkələr kimi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanını qeyd edib.

O, həmçinin İranın nüvə proqramının tamamilə məhv edildiyini və ölkənin müharibə nəticəsində "tamamilə dəyişdiyini" söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Vens   İran  


Bizi "telegram"da izləyin