Bu il azad edilmiş ərazilərdə 11 məktəbdə ilk dəfə "Son zəng" çalınacaq

2026/06/1781184590.jpg
Oxunub: 266     17:20     11 İyun 2026    
İşğaldan azad edilmiş ərazilərdə yerləşən 11 təhsil müəssisəsində ilk dəfə "Son zəng" çalınacaq.

Ordu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 25 ümumi təhsil müəssisəsində "Son zəng" tədbiri keçiriləcək və 171 nəfər məzun məktəblə vidalaşacaq.

Qeyd edək ki, 2025-2026-cı tədris ilində Azərbaycanda ümumilikdə 16 550 şagird məzun olur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Son-zəng   Azad-edilmiş-ərazilər  


Bizi "telegram"da izləyin