Ordu.az xəbər verir ki, bu barədə Estoniyanın “Postimees” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Estoniyanın cənub-şərq sərhədində, Rusiya ilə həmsərhəd ərazilərdə iki ay ərzində 10 kilometrlik tank əleyhinə müdafiə xətti yaradılıb.
Bildirilir ki, Setomaa bölgəsində yerləşən bəzi hissələr əlavə olaraq “əjdaha dişləri” adlandırılan tank əleyhinə maneələrlə möhkəmləndirilib.
Qəzet yazır ki, Estoniya yalnız bir müdafiə xətti ilə kifayətlənmək niyyətində deyil və zərurət yaranacağı halda əlavə maneələr və müdafiə qurğuları yaratmağa hazırdır.
Məlumata görə, bu tədbirlər ölkənin şərq sərhədinin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədi daşıyır.
Sevinc Əliyeva
Ordu.az