Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Qurumun açıqlamasında bildirilir ki, Xaçatryan barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət olunub, lakin məhkəmə vəsatəti rədd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan İstintaq Komitəsi vəzifə səlahiyyətlərindən sui-istifadə, bu cinayətə yardım etmə, xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və digər əlaqəli ittihamlarla bağlı yeddi nəfərə qarşı cinayət təqibinin başlandığını açıqlamışdı.
Təqsirləndirilən şəxslər arasında 2009-2016-cı illərdə təhsil və elm naziri olmuş Armen Aşotyan, keçmiş maliyyə naziri Qaqik Xaçatryan, onun oğlu Artyom Xaçatryan, İrəvan V. Bryusov adına Dövlət Dil və Sosial Elmlər Universitetinin keçmiş prorektoru Artur Avaqyan, universitetin idarə heyətinin keçmiş sədri Vigen Sarkisyan, keçmiş rektoru Qayane Qasparyan və onlarla əlaqəli hesab edilən Harutyun Tadevosyan da var.
Cinayət işi Bryusov adına universitetə məxsus, dəyəri 208 milyon dram olan daşınmaz əmlakın qanunsuz şəkildə özgəninkiləşdirilməsi və pul yuyulması iddiaları ilə bağlıdır.
İstintaq orqanları azadlıqda olan təqsirləndirilən şəxslərin məhkəməyə gətirilməsi məqsədilə onların saxlanılması barədə qərarlar qəbul edib.
Alpər Mövludoğlu
Ordu.az