Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Qurumun açıqlamasına görə, bundan əvvəl “Güclü Ermənistan” blokunun digər deputatlığa namizədi Hayk Avaqyan barəsində də həbs qətimkan tədbiri seçilmiş və o da axtarışa verilmişdi.
Ermənistan İstintaq Komitəsi daha əvvəl bildirmişdi ki, qurumun Xüsusilə Vacib İşlərin İstintaqı Baş İdarəsinin ümumi xarakterli və seçki cinayətlərinin araşdırılması şöbəsində aparılan cinayət işi çərçivəsində “Güclü Ermənistan” blokunun altı deputatlığa namizədi barəsində ictimai cinayət təqibi başlanıb.
Onlara qarşı Ermənistan Cinayət Məcəlləsinin 46-236-cı maddəsinin 2-ci hissəsi və 296-cı maddəsinin 3-cü hissəsinin 3-cü bəndi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslər barəsində saxlanılma qərarları qəbul olunub və onların icrası Ermənistan Daxili İşlər Nazirliyinin polis orqanlarına həvalə edilib.
İlkin istintaq zamanı namizədlərdən ikisinin yeri müəyyən edilib və onlar barəsində həbs qətimkan tədbiri tətbiq olunub. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Alpər Mövludoğlu
Ordu.az