Sabiq erməni prezident: “Parlament seçkilərində kütləvi pozuntular baş verib”

2026/06/1781106974.jpg
Oxunub: 215     19:57     10 İyun 2026    
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan parlament seçkiləri zamanı həm seçkiqabağı dövrdə, həm də səsvermə günü kütləvi pozuntuların baş verdiyini deyib.

Ordu.az xəbər verir ki, bu barədə Sarkisyan jurnalistlərlə söhbətində danışıb.

“Əgər biz, məsələn, 2017-ci ildə belə seçkilər keçirsəydik, Avropalı müşahidəçilər mütləq bildirərdilər ki, səsvermə və seçkilər genişmiqyaslı pozuntular şəraitində baş tutub. Mən düşünmürəm ki, onlar indi eyni şeyi deyəcəklər. Çünki onların siyasi rəhbərləri seçkiqabağı dövrdə Paşinyana dəstək nümayiş etdirirdilər və bu, onları müəyyən mənada məhdudlaşdırır”, - deyə Sarkisyan bildirib.

Müşahidəçilərin müəyyən iradlar səsləndirməsi ilə bağlı qeydə cavab verən erməni siyasətçi deyib ki, səsləndirilən tənqidlər kifayət qədər deyildi və yalnız ona görə səsləndirilib ki, pozuntular çox açıq şəkildə görünürdü.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sarkisyan  


Bizi "telegram"da izləyin