Ərdoğan: "Ankaradakı NATO sammiti alyansın tarixində dönüş nöqtəsi ola bilər"

2026/04/1775645308.jpg
Oxunub: 218     14:54     10 İyun 2026    
Türkiyə Ankarada keçiriləcək NATO sammitinin alyans tarixində əlamətdar hadisə olacağına ümid edir.

Ordu.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə iyunun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın sammitdə iştirakı Şimali Atlantika blokunun birliyinin möhkəmləndirilməsinə kömək edən mühüm amil olacaq:

"Donald Trampın sammitdə şəxsən iştirakı alyansın həmrəyliyi baxımından mühüm addım olacaq. Sammitin NATO tarixində əlamətdar hadisəyə çevrilməsi üçün hazırlıqları sürətləndirmişik".

Xatırladaq ki, NATO-nun Ankara sammiti iyulun 7–8-də keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ərdoğan  


Bizi "telegram"da izləyin