Ermənistanın xarici işlər naziri latviyalı həmkarı ilə telefon danışığı aparıb

2026/06/1781088396.jpg
Oxunub: 225     14:45     10 İyun 2026    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Latviyanın xarici işlər naziri Bayba Braje ilə telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər Ermənistan-Latviya əməkdaşlığı, xüsusilə də ticarət əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

“Bu çərçivədə Mirzoyan Ermənistandan Latviyaya bir neçə partiya gül ixracına göstərilən dəstəyə görə təşəkkür edib. Nazirin sözlərinə görə, bu addım iki ölkənin işgüzar dairələri arasında əlaqələrin daha da möhkəmlənməsinə və yeni ticarət istiqamətlərinin inkişafına təkan verəcək. Telefon danışığı zamanı Ermənistan-Aİ əməkdaşlığının gündəliyi və qarşıdakı təmaslar da müzakirə olunub”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Latviya  


Bizi "telegram"da izləyin