İordaniya İranın buraxdığı beş raketi məhv edib

2026/06/thumb-1781074660.jpg
Oxunub: 264     10:47     10 İyun 2026    
İordaniya Silahlı Qüvvələri ölkənin hava hücumundan müdafiə vasitələrinin İrandan buraxılan beş raketi məhv etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə İordaniya ordusunun yaydığı bəyanatda bildirilib.

Məlumata görə, İran mənşəli beş raket İordaniyanın Əz-Zərqa əyalətinin Əl-Əzraq bölgəsinə doğru hərəkət edərkən aşkarlanıb.

Ordunun açıqlamasında qeyd olunub ki, raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Bildirilib ki, raket qalıqlarının düşməsi nəticəsində insan tələfatı və ya maddi ziyan qeydə alınmayıb.

İordaniya Silahlı Qüvvələri ölkənin hava məkanının qorunmasını təmin etməyə tam hazır olduqlarını vurğulayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ hərbçiləri “Apache” helikopteri ilə bağlı insidentə cavab olaraq İrana zərbələr endirdiklərini açıqlamışdılar.

İran isə cavab olaraq İordaniya ərazisində yerləşən “Muvaffaq əl-Salti” ABŞ hərbi bazasına raket zərbəsi endirdiyini bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İordaniya   İran  


Bizi "telegram"da izləyin